Çimərlik futbolu üzrə Azərbaycan millisi avqustun 1-dən 31-dək Bakıda təlim-məşq toplanışı keçəcək.
AFFA-nın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, yığma hazırlıq prosesi çərçivəsində Belarusla iki yoldaşlıq oyununda qüvvəsini sınayacaq.
Matçlar avqustun 26-da və 27-də, saat 18:00-da Su İdmanı Sarayının çimərlik meydançasında təşkil olunacaq.
Təlim-məşq toplanışına 12 futbolçu dəvət alıb.
Qapıçılar: Vaqif Şirinbəyov, Elçin Qasımov.
Oyunçular: Comərd Baxşəliyev, Elşad Manafov, Orxan Məmmədov, İsa Zeynallı, Amid Nəzərov, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Əbdül Əliyev, Kamil Hüseynov.