Ötən mövsüm “Neftçi” futzal klubunun heyətində çıxış edən Ülvi Əliyev “Araz-Naxçıvan”a keçib.
Sportnet.az xəbər verir ki, 25 yaşlı oyunçu yeni mövsümdə ölkə çempionunun uğurları üçün mübarizə aparacaq.
Artıq “qırmızı-ağlar”ın təlim-məşq toplanışına qoşulan Ü. Əliyev debütünü gələn ay keçiriləcək UEFA Çempionlar Liqasının ilkin mərhələ oyunlarında edəcək.
Qeyd edək ki, futzalçı Azərbaycan millisinə məhz Vitali Borisovun rəhbərliyi dövründə dəvət olunub.