1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Azərbaycandan bir xalla ayrılmaq yaxşı nəticədir" - MÜSAHİBƏ
"Qarabağ"la oyuna tam hazırıq. Onları yaxşı analiz etmişik. Rəqib haqda məlumatları köhnə komanda yoldaşım David Limberskidən də almışam. Onlar Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Qarabağ"la oynamışdılar". Sportnet.az-ın məlumatına görə, bu sözləri Avropa Liqasının qrup mərhələsində bu gün "Qarabağ"la qarşılaşacaq Çexiya "Slovan"ının futbolçusu Yeqon Vux klub saytına müsahibəsində deyib.
Y.Vux bugünkü qarşılaşma ilə bağlı bəzi məqamlara toxunub
- David Limberskidən rəqib haqqında məlumat öyrəndin?
- Bəli, o bizə "Qarabağ" haqqında məlumat verdi. Bilidirdi ki, rəqib topu ayağında çox yaxşı saxlayır və əsasən qısa ötürmələrə üstünlük verir. Biz də çalışıb hava toplarından istifadə etməliyik. "Qarabağ"ın "Viktoriya" ilə oyununun videosunu da izləmişik. "Qarabağ" oyun ərzində topa nəzarət edən tərəf idi.
- Rəqibi naliz etdikdən sonra meydanda nəyə diqqət etməlisiniz?
- Onların çox güclü futbolçuları var. Xüsusən də Reynaldonu deyərdim. Ondan başqa da təhlükəli oyunçular çoxdur. Onlara qarşı oynamaq maraqlı olacaq.
- Amma "Viktoriya" "Qarabağ" məğlub edə bilməmişdi...
- Azərbaycandakı oyunları daha yaxşı alınmışdı. "Viktoriya" futbolçuları səfər matçında yaxşı müdafiə olundular və sona yaxın bərabərlik topunu vura bildilər. Qalib gələ bilməsələr də, səfərdən sərfəli nəticə ilə döndülər və növbəti mərhələyə keçməyi bacardılar. Həmin oyundan göründü ki, biz də "Qarabağ"a topla çox oynamağa imkan verməməliyik.
- "Qarabağ" Azərbaycan üçün dəyərli bir komandadır. Yəqin ki, öz meydanlarında qalib gəlməyə çalışacaqlar...
- "Qarabağ" həqiqətən güclü rəqibdir. Qrupun ən önəmli komandalarından biridir. Təbii ki, doğma meydanda qalib gəlməyə çalışacaqlar. Bakıda qazanacağımız bir xal bizim üçün yaxşı olacaq. İlk oyun üçün bunun yaxşı nəticə olacağını düşünürəm.