
İtaliyanın "Yuventus" klubu "Palermo"nun futbolçusu Paulo Dibalanı heyətinə qatıb. Sportnet.az-ın məlumatına görə, Turin təmsilçisi argentinalı hücumçu ilə 5 illik müqaviləyə imza atıb.
"Palermo" 21 yaşlı futbolçunun transferindən 4 ilə 32 milyon avro qazanacaq. Bundan əlavə klub Dibalanın daha yaxşı çıxışı sayəsində daha 8 milyon qazana bilər.
Qeyd edək ki, geridə qalan mövsümdə Paulo Dibala "Palermo"nun heyətində iştirak etdiyi 34 matçda 13 dəfə fərqlənib.




































































