Futzal üzrə Azərbaycan Yüksək Liqasının III turunda ata və oğul eyni komandanın heyətində meydana çıxıblar.
Sportnet.az xəbər verir ki, maraqlı hadisə "Yasamal” İSK – "Araz” oyununda baş verib. Yasamal təmsilçisinin əvvəlki matçına sırf baş məşqçi kimi çıxaran Mahir Eyniyev, bu dəfə oynayan-məşqçi kimi komandasına kömək etməyə çalışıb. Belədə oğlu Məhəmməd Eyniyevlə eyni anda meydanda olublar.
Görüş "Araz”ın 13:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, eyni hadisə ötən mövsümdə də baş verib. "Yasamal-2”dən çıxış edən Rüfət Hüseynovla U-17-nin üzvü olan oğlu Tofiq Hüseynov rəqib olublar.