Bu gün Azərbaycan Futzal Federasiyasının (AFF) İcraiyyə Komitəsinin iclası keçirilib.
Sportnet.az AFF-in rəmsi saytına istinadən xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
1. Futzal üzrə Yüksək Liqada legioner futzalçılarla bağlı limitin tətbiq edilməsi
Komandaların sifariş vərəqəsinə maksimum 7 (ümumi oyunçuların sayı 20), oyunun protokoluna isə maksimum 5 (ümumilikdə 14 oyunçu) legioner futzalçını daxil etməsi;
Oyunun protokoluna 1 nəfər 2000-ci il təvəllüdlü futzalçının adının daxil edilməsi;
2. Futzal üzrə Yüksək, Birinci və İkinci liqaların, eləcə də Azərbaycan kubokunun 2019/20-ci il mövsümünün əsasnaməsinin təsdiqi
3. Yeni mövsüm üzrə liqaların təşkili;
Yüksək Liqaya sentyabrın 6-da;
Birinci Liqaya sentyabrın 6-da və 7-də;
İkinci Liqaya sentyabrın 8-də başlamaq;
4. “Transfer pəncərəsi”nin sentyabrın 19-u, saat 18:00-da bağlanması
5. Bütün liqaların oyunları Bakı İdman Sarayında və Olimpik Starda kecirilsin
6. U-19 (2002/03-cü il təvəllüdlü) milli komandanın yaradılması və Birinci Liqada iştirakı
7. 2019/20-ci il mövsümünün büdcəsinin təsdiqi
8. Digər məsələlər