Azərbaycanın futzal yığmasının üzvü Rafael Karvalyo Vilela dos Santos karyerasını İspaniyada davam etdirəcək.
Sportnet.az-ın məlumatına görə, Braziliya əsilli futzalçı İspaniyanın "Palma" klubu ilə anlaşıb.
26 yaşlı oyunçu klubla daha iki il uzadıla bilməsi şərti ilə 2021-ci ilə qədər müqavilə imzalayıb. Son iki mövsümü Braziliyanın "Kopaqril" klubunda keçirən Karvalyo daha öncə "Araz"ın da şərəfini qoruyub.
Azərbaycan Futzal Federasiyasından "Report"a verilən xəbərə görə, DÇ-2020-nin elit-raund mərhələsində iştirak edəcək milli komandanın heyətində Karvalyonun da yer alacağı gözlənilir.
Qeyd edək ki, 29 yanvar - 1 fevral tarixlərində Xorvatiyanın Osiek şəhərində keçiriləcək turnirdə Azərbaycan millisi C qrupunda Rusiya, Slovakiya və Xorvatiya ilə mübarizə aparacaq. Qrup qalibiləri birbaşa final mərhələsinə yüksələcəklər, ikinci pilləni tutacaq komandalar isə pley-off oyunlarında üz-üzə gələcəklər.