
Beynəlxalq Olimpiya Komitəsi (IOC) 2022-ci ildə Seneqalın paytaxtı Dakarda təşkil olunacaq gənclər arasında Olimpiya Oyunlarının proqramına futzalı da əlavə edib.
Sportnet.az-ın məlumatına görə, qərara əsasən, 28 idman növündən biri də futzal olacaq. Burada həm oğlanlardan, həm də qızlardan ibarət milli komandalar yarışacaq.
Gender bərabərliyini təmin edən komitə ilk dəfə olaraq komandaların sayının bərabər olmasına qərar verib. Həlledici mərhələdə 10 oğlan və bir o qədər də qızlardan ibarət milli yarışacaq.
Qeyd edək ki, IOC ilk dəfə 4 il əvvəl - Buenos Ayresdə keçirilən oyunların proqramına futzalı da daxil edib.