1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Gimnastlarımızdan II Avropa Oyunlarına ilk lisenziya
Azərbaycan gimnastları 2019-cu ildə Belarusun paytaxtı Minskdə təşkil olunacaq II Avropa Oyunlarına ilk lisenziyalarını əldə ediblər.
Sportnet.az məlumatına görə, Bakıda keçirilmiş batut gimnastikası üzrə Avropa çempionatında 2 kişi və 2 qadın batutçu bu hüquqa yiyələniblər. Azərbaycan millisi Avropa Oyunlarında batut gimnastikası üzrə yarışlarda maksimum sayla – 4 idmançı təmsil olunacaq.
Həmçinin, ötən həftə Belçikanın Antverpen şəhərindəki dünya çempionatında qarışıq cütlüyün uğurlu çıxışları onların da Avropa Oyunlarına yolunu açıb.
Qeyd edək ki, "Bakı 2015” I Avropa Oyunlarında olduğu kimi, "Minsk 2019”da da gimnastikanın 6 növü üzrə yarışlar keçiriləcək.