
Azərbaycanın bədii gimnastika üzrə milli komandası İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Qran-pridə ilk medalını qazanıb.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Nərminə Səmədova və Yelizaveta Luzandan ibarət qrup hərəkətləri komanda çoxnövçülük yarışında bürünc medal əldə edib.
Onların çıxışı 87,600 balla qiymətləndirilib.