Azərbaycanın paraatıcısı Kamran Zeynalov Paris-2024 Yay Paralimpiya Oyunlarında mübarizəyə başlayıb.
Sportnet.az xəbər verir ki, P1 kateqoriyasında çıxış edən idmançı 10 metr məsafəyə atəşaçma yarışında qüvvəsini sınayıb. Yarışda 559 xal toplayan K.Zeynalov 26 iştirakçı arasında 13-cü yeri tutub. O, bu nəticə ilə final mərhələsinə vəsiqə qazana bilməyib.
Təmsilçimiz sentyabrın 4-də P4 kateqoriyasında 50 metr məsafəyə atəşaçmada bacarığını nümayiş etdirəcək.
Qeyd edək ki, Azərbaycan sentyabrın 8-dək davam edəcək yarışda 7 növ üzrə 18 idmançı ilə təmsil olunur. Milli komandanın heyətində ötən gün parataekvondoçu Sabir Zeynalov (58 kiloqram) bürünc medal qazanıb.