
Azərbaycanda keçiriləcək III MDB Oyunlarının maskotları məlum olub.
Sportnet.az xəbər verir ki, enerjili, mehriban Bəbir va Leyla Oyunların simvollarıdır.
Onlar Qafqaz bəbirinin obrazında yaradılmaqla, sadəcə simvol deyil, həm də Azərbaycanın zəngin təbiətini, gücünü və qonaqpərvərliyini parlaq şəkildə təcəssüm etdirirlər.
Bu nadir heyvan ölkəmizin füsunkar güşələrində qədim dövrlərdən bəri məşkunlaşıb.
Qeyd edək ki, bəbir Qafqazda nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş 5 fauna növünün qorunması əhatə edən "Böyük beşlik" Proqramına, Azərbaycan Respublikasının "Qırmızı Kitab”ına və sayı "kritik həddə olan növ" kateqoriyası altında Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı Siyahısı"na daxil edilib.