Çin hökuməti Pekin-2022 Qış Olimpiya Oyunlarına gələn xarici nümayəndə heyətlərinin üzvləri arasında 72 nəfərin koronavirusa yoluxduğunu müəyyən edib.
Sportnet.az xəbər verir ki, bu barədə yarışın Təşkilat Komitəsi məlumat yayıb.
Bildirilib ki, yanvarın 4-dən 22-dək ölkəyə 2 586 nümayəndə heyətinin üzvü gəlib ki, onlardan 171-i idmançı və rəsmi şəxslər, 2 415-i isə digər maraqlı tərəflərin nümayəndələrdir.
Testlər nəticəsində nümayəndələr arasında 72 yoluxmuş şəxs aşkarlanıb. İdmançılar və rəsmi şəxslər arasında isə infeksiyaya yoluxan olmayıb.