Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunlarının cüdo yarışları davam edir.
Sportnet.az xəbər verir ki, ikinci yarış günündə Azərbaycanın 5 çəki dərəcəsində 6 cüdoçumuz mübarizəyə qoşulacaq.
Kişilər
-90 kq, 1/4 final
Elcan Hacıyev – Ali Abdelaal / Aydar Arapov cütünün qalibi ilə
-100 kq, 1/4 final
Zelim Kotsoyev – Karamnob Saqaipov / Abdurahman Sisey cütünün qalibi ilə
+100 kq, 1/4 final
Uşanqi Kokauri – Muzaffarbek Turoboyev
Qadınlar
-70 kq, 1/4 final
Südabə Ağayeva – Fay Alslboud
Aytac Qardaşxanlı – Maryam Barbat
-78 kq, 1/2 final
Günel Həsənli – Aruna Jangeldina
Təsnifat görüşləri saat 12:00-da, medal qarşılaşmaları 18:00-da başlayacaq.









































































