VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan cüdoçuları fərdi yarışları 9 medalla başa vurub.
Sportnet.az xəbər verir ki, yığma üzvləri mübarizənin yekununda 2 qızıl, 2 gümüş və 5 bürünc medal qazanıblar.
Komanda üzvlərindən Südabə Ağayeva (70 kq) və Hidayət Heydərov (73 kq) qızıl, Könül Əliyeva (48 kq) və Zelim Kotsoyev (100 kq) gümüş, Ruslan Paşayev (66 kq), Aydan Vəliyeva (52 kq), Aytac Qardaşxanlı (70 kq), Elcan Hacıyev (90 kq) və Uşangi Kokauri (+100 kq) bürünc medala sahib çıxıblar.



















































































