Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında cüdo üzrə qarışıq komanda yarışında Azərbaycan yığması qızıl medal qazanıb.
Sportnet.az xəbər verir ki, finalda Özbəkistan seçməsi üzərində inamlı qələbə qazaılıb - 4:0.
Azərbaycan millisi ilk görüşündə Səudiyyə Ərəbistanına da eyni hesabla qalib gəlib. Yarımfinalda isə Qazaxıstan məğlub edilib.
Qalib komandanın tərkibində qadınlardan Fidan Əlizadə, Aydan Vəliyeva (hər ikisi 57 kq), Südabə Ağayeva, Aytac Qardaşxanlı (hər ikisi 70 kq) və Günel Həsənli (70 kq), kişilərdən Ruslan Paşayev, Hidayət Heydərov (hər ikisi 73 kq), Elcan Hacıyev (90 kq), Zelim Kotsoyev və Uşangi Kokauri (hər ikisi +90 kq) yer alıb.
Qeyd edək ki, daha əvvəl Azərbaycan cüdoçuları fərdi mübarizəni 2 qızıl, 2 gümüş və 5 bürünc olmaqla, 9 medalla tamamlayıb.












































































