1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Güləşçilərimiz lisenziyasız qaldı - YENİLƏNDİ
Serbiyanın Zrenyanin şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turnirinin ilk günündə Azərbaycan güləşçiləri uğursuzluğa düçar olub. Sportnet.az-ın məlumatına görə, 57 kq çəkidə mübarizə aparan sərbəst güləşçimiz Mahmud Məhəmmədov belaruslu Asadulla Laçinova 8:6 hesabı ilə qalib gəlib.
Lakin Məhəmmədov 1/4 finaldakı rəqibi moldovalı Anatoli Buruyan olub. Görüş Buruyanın qələbəsi ilə yekunlaşıb - 8:7.
Daha öncə yunan-Roma güləşçisi Kamran Məmmədov (66 kq) xorvatiyalı Dominik Etingerə 0:6 hesabı ilə uduzub.
Reqlamentə əsasən, turnirin finalına yüksələn hər bir güləşçi Olimpiadaya vəsiqəni təmin edəcək. Erkən məğlubiyyətlə üzləşən hər iki pəhləvan lisenziyasız qalıb.
---------------------------------------
Serbiyanın Zrenyanin şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turniri start götürüb. Sportnet.az-ın məlumatına görə, ilk yarış günündə 48 kq, 53 kq qadın, 57 kq, 65 kq sərbəst və 59 kq, 66 kq yunan-Roma güləşçiləri mübarizə aparır.
Turnirin finalına yüksələn hər bir güləşçi Olimpiadaya vəsiqəni təmin edəcək. İlk gündə yığmamızın 2 üzvü Olimpiya vəsiqəsi uğrunda yarışır.
57 kq (sərbəst)
1/8 final - Asadulla Laçinau (BLR) - Mahmud Məhəmmədov
66 kq (yunan-Roma)
1/16 final - Kamran Məmmədov - Dominik Etlinger (CRO)
İlk görüşlər Bakı vaxtı ilə saat 11:30-da, final görüşləri isə 21:00-da başlayacaq.