1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azad Rəhimov: "İdmançılarımızdan yeni növlərdə medallar gözləyirik"
2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycanın 60-dan çox idmançısının iştirakı gözlənilir. Sportnet.az-ın məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov açıqlama verib.
O bildirib ki, "Rio-2016"ya 2012-ci il London olimpiadası ilə müqayisədə daha çox idmançı yollanacaq: "Ən əsası, hər olimpiadada olduğu kimi, bu dəfə də yeni növlərdə lisenziyalar qazanılıb. Triatlon, trek velosipedi, kanoe-slalom kimi növləri qeyd edərdim. Bizi sevindirən hal odur ki, yeni növlər inkişaf etdirilir".
Nazir yeni medal ümidi kimi kayakçı və kanoeçilərə, eləcə də triatlonçu Rostislav Pevtsova yanaşdıqlarını deyib: "Kayak və kanoedə mübarizə sprinter məsafəsində olur. Burada idmançıdan çox şey asılıdır, bəxt amili də rol oynayır. Ola bilsin, medal qazandıq. Triatlonçu Pevtsov isə çox maraqlı idmançıdır. Ondan "Bakı 2015" I Avropa Oyunlarında yüksək nailiyyət gözləmirdik. Özü hazırlıq mərhələsində olsa da, bürünc medal qazandı. Olimpiada elə bir yarışdır ki, orada sürprizlər çox olur".