1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycan iki lisenziyanın ləğvi ilə bağlı etiraz edir
"Say konkret olaraq dörd nəfərdir. Hazırda o idmançılarla, hansılarla razı deyiliksə, vəkil vasitəsi ilə bu işləri aparmağa başlamışıq". Sportnet.az-ın məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov Beynəlxalq Ağırlıqqaldırma Federasiyası İcraiyyə Komitəsinin iclasında Azərbaycan ağırlıqqaldıranlarının 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına qazanılan lisenziyadan məhrum edilməsi ilə bağlı qərarına münasibət bildirərkən deyib.
Nazir məsələ ilə bağlı işin getdiyini və Olimpiya Komitəsindən son qərarla bağlı məktub gözlədiklərini söyləyib: "İstəyərdik ki, yüksək nailiyyət qazanan idmançılar Rio-2016-da iştirak etsin".
Qeyd edək ki, Beynəlxalq Ağırlıqqaldırma Federasiyası İcraiyyə Komitəsinin Gürcüstanın paytaxtı Tbilisidə keçirilən iclasında qəbul olunan qərara əsasən olimpiadaya hazırlıq dövründə dopinq-testlərin dəfələrlə müsbət nəticə verməsi səbəbindən, Azərbaycanın əlindən 2 lisenziyası (1 kişi, 1 qadın atlet) geri alınıb. Nəticədə ölkəmiz Rio-2016-da cəmi 3 kişi atletlə mübarizə aparacaq.