
FİFA referisi Orxan Məmmədov UEFA-dan təyinat alıb. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, o, 21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında 2017-ci ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin 1-ci qrupunda iyunun 15-də keçiriləcək Monteneqro – Moldova oyununu idarə edəcək.
Onun köməkçiləri Mehman Mahmudov və Yaşar Abbasov olacaq. Dördüncü hakim funksiyasını Ömər Paşayev yerinə yetirəcək.