
Italiyanın "Yuventus" klubu ilə İspaniya "Barselona"sı arasında keçiriləcək Çempionlar Liqasının final oyununa azarkeşlər siqaret ilə daxil ola bilməyəcəklər. Sportnet.az-ın məlumatına görə, bu barədə UEFA qərar qəbul edib.
Qurum hətta elektron siqaretlərə də qadağa qoyub. Azarkeşlər ancaq stadiona girməmişdən öncə siqaret çəkə bilərlər. UEFA bu təşəbbüs ilə insanların sağlamlığı üçün çalışdığını sübut etməyə çalışıb.
Qurum hətta elektron siqaretlərə də qadağa qoyub. Azarkeşlər ancaq stadiona girməmişdən öncə siqaret çəkə bilərlər. UEFA bu təşəbbüs ilə insanların sağlamlığı üçün çalışdığını sübut etməyə çalışıb.
Qeyd edək ki, "Yuventus" - "Barselona" oyunu sabah Berlinin "Olimpiaştadion" stadionunda Bakı vaxtı ilə 23:45-də start götürəcək.







































































