
Bolqarıstanın veteran futbolçusu Xristo Stoiçkov "Bakı 2015" I Avropa Oyunlarını izləmək niyyətindədir. Sportnet.az-ın məlumatına görə, ötənlərin məşhur hücumçusu bundan ötrü mümkün olanı edəcətini açıqlayıb.
Bolqarıstan nümayəndə heyətinin forması ilə poz verən X.Stoiçkov ölkə yığmasını dəstəkləmək üçün Bakıya yollanmaq istədiyini söyləyib: "Hər şey mənim ABŞ-ın "Univision" telekanalı qarşısındakı öhdəliyimdən asılıdır. Bu telekanalla mənim müqaviləm var".
Qeyd edək ki, Bolqarıstan nümayəndə heyəti Sofiyanı bu gün səhər saatlarında tərk edəcək.










































































