
"Qəbələ” 2015/2016 mövsümünün hazırlıqlarının birinci mərhələsinə start verib. Sportnet.az-ın məlumatına görə, "qırmızı-qaralar” Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışına başlayıb.
Baş məşqçi Roman Qriqorçukun komandası hazırlığın ilk günündə əsasən topsuz çalışmalara üstünlük verib. Məşqdə milli komandaların heyətində olan futbolçular - Cavid Hüseynov, Ruslan Abışov, Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov və Elvin Camalov iştirak etməyib. Komandadan ayrı hazırlıq keçən Rikardinyo, Tellur Mütəllimov və Ruslan Əmircanov fərdi məşqlə kifayətlənib.









































































