
Azərbaycanı "Bakı 2015" I Avropa Oyunlarında taekvondo yarışlarında təmsil edən Məhəmməd Məmmədov növbəti mərhələyə vəsiqə qazanıb. Sportnet.az-ın məlumatına görə, 58 kq çəki dərəcəsində mübarizə aparan döyüşçü ilk görüşdə israilli Gili Haimovitsi məğlub edib - 7:4.
XXX
Azərbaycanın qadın taekvondoçusu Patimat Abakarova "Bakı 2015" I Avropa Oyunlarında 1/4 finala yüksəlib. Sportnet.az-ın məlumatına görə, o, rusiyalı Aleksandra Luçaqinanı məğlub edib.
Azərbaycanın qadın taekvondoçusu Patimat Abakarova "Bakı 2015" I Avropa Oyunlarında 1/4 finala yüksəlib. Sportnet.az-ın məlumatına görə, o, rusiyalı Aleksandra Luçaqinanı məğlub edib.
Görüşün sonunda Abakarova 7:1 hesablı qələbəyə sevinib. Qadın döyüşçü 1/4 final mərhələsində yunanıstanlı İonna Koutsou ilə döyüşəcək. Rəqiblər 15:30-da üz-üzə gələcək.










































































