
"Bakı 2015" I Avropa Oyunlarında çimərlik voleybolu üzrə oyunlar keçirilib. Sportnet.az-ın məlumatına görə, Azərbaycan Polşa komandası ilə qarşılaşıb.
H qrupunda keçirilən görüş yerli komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Hər iki setdə 21:18 hesabı qeydə alınıb. Millinin heyətində Yuliya Kərimova və Raquel Ferreyra çıxış edib.
Millinin növbəti görüşü Ukraynaya qarşı olacaq. Matç saat 21:00-da start götürəcək.






































































