
2014/2015 mövsümündə Azərbaycan Premyer Liqasının bombardiri olmuş Nurlan Novruzovun yeni klubu bəlli olub. Sportnet.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, "Bakı"dan ayrılan futbolçu karyerasını qardaş ölkənin I Divizion təmsilçisi "Elazığspor"da davam etdirəcək.
22 yaşlı hücumçu ilə 1+1 illik müqaviləyə imza atılıb.
Qeyd edək ki, Nurlan Novruzov ötən mövsüm "Bakı"nın heyətində 31 oyunda meydana çıxıb və 15 dəfə fərqlənib.