
Avstriyada təlim-məşq toplanışında olan "Neftçi" klubu ilk yoxlama matçını keçirib. Sportnet.az-ın məlumatına görə, rəqib Macarıstan MTK-sı olub.
Görüş MTK-nın böyük hesablı qələbəsi ilə nəticələnib. İlk qolu 44-cü dəqiqədə Şandor Torgelle vurub. Bundan 1 dəqiqə sonra Yojef Kanta penaltini dəqiq yerinə yetirib. 52-ci dəqiqədə isə Zoltan Satmari matçda son nöqtəni qoyub.





































































