
Gürcüstan "Dinamo"sunun baş məşqçisi Giya Qequçadze Avropa Liqasının I təsnifat mərhələsinin püşkünü dəyərləndirib. Sportnet.az-ın məlumatına görə, 50 yaşlı mütəxəssis "Qəbələ"nin Azərbaycan Premyer Liqasında bürünc mükafat əldə etməsindən xəbərdar olduğunu bildirib. 
O, Azərbaycan futbolunun son illər ciddi inkişafa nail olmasından da danışaraq, 3-cü yer sahibini heç də asan rəqib saymadığını vurğulayıb: "Bilirik ki, "Qəbələ"nin yeni baş məşqçisi və transferləri var. Amma daha ətraflı məlumatı yaxın günlərdə öyrənəcəyik". 
Qeyd edək ki, "Dinamo" və "Qəbələ" arasındakı ilk görüş iyulun 2-də Tiflisdə, cavab matçı isə bundan bir həftə sonra Qəbələdə olacaq. 









                 





    
    
    
    
    
    
    
    
    























































