"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, bu, Maltanın "Valetta" komandasıdır.
Çempionlar Liqası. I təsnifat mərhələsi:
1-2 iyul və 8-9 iyul
1. "Santa Koloma” (Andorra) - "Banants” (Ermənistan)
2. "Linkoln” (Cəbəllütariq) - "Torshavn” (Farer adaları)
3. "La Fiorita” (San-Marino) - "Levadiya” (Estoniya)
Çempionlar Liqası. II təsnifat mərhələsi:
15-16 iyul və 22-23 iyul
BATE (Belarus) - "Skenderbeu” (Albaniya)
"Zrinski” (Bosniya və Herseqovina) - "Maribor” (Slovaniya)
"Dinamo” (Gürcüstan) - "Aktobe” (Qazaxıstan)
"Şerif” (Moldova) - "Sutyeska” (Monteneqro)
"Makkabi” (Təl-Əviv, İsrail) – "Santa Koloma” (Andorra) / "Banants” (Ermənistan)
"Sparta” (Çexiya) - "La Fiorita” (San-Marino) / "Levadiya” (Estoniya)
"Malmö” (İsveç) - "Ventspils” (Latviya)
"Slovan” (Slovakiya) - TNS (Uels)
"Seltik” (Şotlandiya) - "Reykyavik” (İslandiya)
"Kliftonvill” (Şimali İrlandiya) - "Debretsen” (Macarıstan)
"Partizan” (Serbiya) - "Linkoln” (Cəbəllütariq) / "Torshavn” (Farer adaları)
"Valletta” (Malta) - "QARABAĞ” (AZƏRBAYCAN)
"Stromsqodset” (Norveç) - "Styaua” (Rumıniya)
"Legiya” (Polşa) - "Sent Patriks” (İrlandiya)
"Rabotniçki” (Makedoniya) - HİK (Finlandiya)
"Dinamo” (Xorvatiya) - "Jalgiris” (Litva)
"Ludoqorets” (Bolqarıstan) - "Düdelanj” (Lüksemburq)
___________________________________________________________________________________________________________________________________
03:55
Artıq UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqiblərin siyahısını konkretləşdirib. Sportnet.az-ın məlumatına görə, "Qarabağ" III qrupda səpələnmişlər siyahısına salınıb.
Azərbaycan çempionunun rəqibi
"Düdelanj" (Lüksümburq), "Stromsqodset" (Norveç), "Sent Patriks" (İrlandiya), "Rabotniçki" (Makedoniya), "Valletta" (Malta) və ya "Jalgiris" (Litva) olacaq.
Qeyd edək ki, püşk bu gün Bakı vaxtı ilə saat 15:00-da atılacaq.
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
00:05
Bu gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının I və II təsnifat mərhələlərinin püşkatma mərasimi keçiriləcək. Sportnet.az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 15:00-da atılacaq püşk nəticəsində Azərbaycan çempionu "Qarabağ”ın II təsnifat mərhələsindəki rəqibi məlum olacaq.
Ağdam təmsilçisi daha yüksək reytinqinə əsasən, səpələnmişlərin sırasına düşüb. Bu isə o deməkdir ki, baş məşqçi Qurban Qurbanovun komandası daha zəif rəqiblə üz-üzə gələ bilər.
II təsnifat mərhələsi:
Səpələnmişlər: "Styaua" (Rumıniya; 39,451), "Seltik" (Şotlandiya; 36813), BATE (Belarus; 33,725), "Sparta" (Çexiya; 28,870), "Dinamo" (Zaqreb, Xorvatiya; 23,925), "Ludoqorets" (Bolqarıstan; 18,125), "Makkabi" (Təl-Əviv, İsrail; 17,875), "Şerif" (Moldova; 17,075), "Maribor" (Sloveniya; 16,200), "Legiya" (Polşa; 15,275), "Partizan" (Serbiya; 14,825), "Debretsen" (Macarıstan; 10,325), "Slovan" (Slovakiya; 8,700), "Aktobe" (Qazaxıstan; 8,150), "Ventspils” (Latviya; 7,750), "QARABAĞ" (AZƏRBAYCAN; 7,575), HİK (Finlandiya; 7,435).
Səpələnməmişlər: "Dinamo" (Tiflis, Gürcüstan; 6,975), "Malmö" (İsveç; 6,265), "Reykyavik" (İslaniya; 5,350), "Düdelanj" (Lüksümburq; 4,975), "Stromsqodset" (Norveç; 4,855), TNS (Uels; 4,850), "Sent Patriks" (İrlandiya; 4,775), "Skenderbeu" (Albaniya; 4,600), "Rabotniçki" (Makedoniya; 4,550), "Valletta" (Malta; 4,466), "Zrinski" (Bosniya və Hersoqovina; 4,000), "Kliftonvill" (Şimali İrlandiya; 3,225), "Jalgiris" (Litva; 3,050), "Sutyeska" (Çernoqoriya; 2,450), I təsnifat mərhələsinin 3 qalibi.
Oyunlar 15-16 iyul və 22-23 iyulda olacaq.