"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Elbrus Məmmədov UEFA-nın "PRO" dərəcəsi almaq üçün Ukrayna Futbol Federasiyasının təşkil etdiyi kurslara qatılıb. Sportnet.az-ın məlumatına görə, Lisenziyalaşdırma mərkəzi diplomun almaq istəyən üzvləri ilə müsahibə keçirib.
Kursa qatılanlar arasında "Simurq"un sabiq futbolçusu Vladimir Mazyar da var.
Kursu keçən məşqçilərin hər biri ilə ayrılıqda Ukraynalı mütəxəssis Serqey Morozov, Lisenziyalaşdırma Mərkəzinin direktoru Valeri Şamardin və onun müavini Viktor Doqadaylonun görüşüb söhbət ediblər. Müsahibə zamanı iştirakçılar özlərini tanıdıb, öz bacarıq və müəyyən nəzəri məsələləri yerinə yetirməli olublar.
Viktor Doqadaylo bildirib ki, UEFA-bnın "PRO" diplomu üçün təlimin vaxtı artırılaraq 360 saat olacaq. Mühazirələr və məşqçiləri praktiki məsələlər iki il ərzində keçiriləcək. Namizədlər təlim müddətində Nyon və Antalya şəhərlərində Ukrayna və xarici klublarda praktika keçəcəklər.
Dərslər oktyabrın sonu-noyabrın əvvəlində başlayacaq.