
Bakı "İnter"indən ayrılan Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadov karyerasını ölkə xaricində davam etdirəcək. Sportnet.az-ın əldə etdiyi məlumata görə, hücumçu növbəti mövsümü Türkiyənin I Liqa təmsilçilərindən birinin sıralarında keçirəcək.
Amma həmin komandanın adı açıqlanmır. Amma Cavadovun Türkiyə Superliqasına yüksəlmək uğurnda mübarizə aparan klublardan birinə keçəcəyi bildirilir. Onunla rəsmi müqavilənin yaxın günlərdə imzalanacağı gözlənilir.