
Bir
günlük fasilədən sonra dünya çempionatı həyəcanı yenidən davam edir. Sportnet.az-ın
məlumatına görə, ilk 1/8 finalda A qrupunun qalibi Braziliya və B qrupunun 2-cisi Çili yığmaları üz-üzə gələcəklər.
Öz
qrupunda yalnız Meksika ilə xalları bölən, digər 2 oyundan isə qalib ayrılan
Braziliya cütlüyün favoriti hesab olunur. Axı doğma publika qarşısında bu komandaya
məğlubiyyəti heç kim bağışlamayacaq.
Çili millisi
üçün isə bu oyunda itiriləsi heç nə yoxdur. Məhz bu amilin hesabına qonaqlar
sensasiyaya ümid edə bilərlər. Çünki uduzsalar belə, qınaq obyektinə çevrilməyəcəklər.
Qeyd edək ki, Sportnet.az ənənəsinə sadiq qalaraq, Braziliya - Çili görüşündən canlı reportaj aparacaq.
21:00.
1/8 final. Braziliya – Çili 1:1 (Penalti 3:2)
Qollar: D. Luiz, 18 - A. Sançes, 32.
Baş
hakim: Hovard Uebb (İngiltərə)
Belu-Orizonti şəhəri. "Mineyran” stadionu.
Start heyətlər:
Braziliya: 12. Julio Sezar, 2. Dani Alveş (sarı vərəqə-105+1), 3. Tyaqo Silva, 4. David Luiz, 5. Fernandinyo (16. Ramires-72), 6. Marselo, 9. Fred (21. Jo (sarı vərəqə-94)), 10. Neymar, 11. Oskar (19. Viliyan-106), 7. Halk (sarı vərəqə-50), 17. Luiz Qustavo (sarı vərəqə-60).
Çili: 1. Klaudio Bravo, 2. Euqenio Mena (sarı vərəqə-17), 4. Maurisio İsla, 5. Fransisko Silva (sarı vərəqə-40), 9. Aleksis Sançez, 8. Arturo Vidal (9. Pinila-87 (sarı vərəqə-112)), 11. Eduardo Varqas (16. Qutyerres-57), 17. Qari Medel (13. Xose Roha-108), 18. Qonzalo Jara, 20. Çarlz Aranqez, 21. Marselo Dias.
Matçöncəsi maraqlı məqamlar:
- Braziliya daha əvvəl DÇ-də Çili ilə oynadığı 3 oyunda da qalib gəlib və 11 qol vurub.
- Eduardo Varqas Braziliyaya qarşı oynadığı son 2 matçda qol vurub.
- Braziliya Çiliyə qarşı oynadığı son 9 matçda minimum 2 qol vurub.
- Çillinin DÇ-2014-də vurduğu 5 qolun 4-ü ilk hissədə qeydə alınıb.
- Braziliya DÇ-də oynadığı son beş 1/8 final qarşılaşmasında turu keçən tərəf olub.
- Çili bu günə qədər Braziliyanı səfərdə məğlub
edə bilməyib.
Matç başlayır.
4-cü dəq. Oyun çox sərt başlayıb. Qayda pozuntularına görə, matç tez-tez dayanır.
6-cı dəq. Künc zərbəsindən sonra Marselo topu qəbul edir. Onun güclü zərbəsi qapının azca kənarından keçir.
11-ci dəq. Sançes uzun ötürməni qəbul edir. Sağ cinahdan topu qapı qarşısına ötürsə də, Varqası Sezar qabaqlayır.
13-cü dəq. Matçda temp xeyli yüksəlib.
13-cü dəq. Halk rəqib cərimə meydançasında yerdə qalır. Braziliya penalti gözləsə də, Hovard Vebb oyunu davam etdirir.
16-cı dəq. Neymar Çili müdafiəsinin səhvindən istifadə edib, cərimə meydançasına daxil olur. Forvard zərbə endirməkdə gecikir.
17-ci dəq. Çilidə Mena sarı vərəqə alır. Komandası növbəti mərhələyə keçərsə, meydanda olmayacaq.
17-ci dəq. Halkın cərimə zərbəsini Bravo uzaqlaşdırır.
18-ci dəq. QOOOOOOOL! Künc zərbəsindən sonra David Luiz fərqlənir.
23-cü dəq. Qoldan sonra Çili topa nəzarəti ələ keçirib və bərabərlik üçün yüklənir.
26-cı dəq. Neymardan sürətli reyd, futbolçu uzun məsafə qət etdikdən sonra zəif zərbə ilə yadda qalır.
30-cu dəq. Neymar zədələnir və həkimlər ona kənarda kömək göstərir.
32-ci dəq. QOOOOOOOL! Halkın böyük səhvi, Varqas topu alaraq boşda olan Sançesə ötürür, sonuncu yaxın məsafədən fərqlənməkdə çətinlik çəkmir.
36-cı dəq. Neymar qola yaxın olur. "Sambaçı"nın baş zərbəsinində top Silvanın kürəyinə dəyir və qapıdan bir neçə sm aralı keçir.
39-u dəq. Neymar daha bir real qol epizodu yaradır. Hücumçunun zərbəsinə müdafiəçilər mane olur, ardınca isə Fredin zərbəsi qapının üstündən keçir.
40-cı dəq. Çilidə Silva sarı vərəqə alır. Komandası növbəti mərhələyə keçərsə, meydanda olmayacaq.
42-ci dəq. Vidal Braziliya qapısı önündə topu qəbul etsə də, qapıçı zərbəyə mane olur.
42-ci dəq. Alveşdən möhtəşəm zərbə. Bravo topu çətinliklə çıxarır.
44-cü dəq. Fred uyğun epizodda zəif zərbə vurur.
45+1-ci dəq. Çili pressinq sayəsində rəqib yarımmeydanında topu alır. Aranqizə qapıya bir neçə metrlik məsafədən zərbə vurmağa imkan vermirlər.
45+2-ci dəq. İlk hissə bitir.
Fasilə
Birinci hissənin statistikası
Braziliya Çili43% Topa nəzarət 57%
6 Küncdən zərbə 2
0 Of-sayd 1
14 Qayda pozuntusu 9
0 Sarı vərəqə 2
0 Qırmızı vərəqə 0
İkinci hissə başlayır.
49-cu dəq. Fernandinyo uzaqdan zərbə endirir. Top qapıdan azca aralı keçir.
54-cü dəq. Birinci hissədəki yüksək temp eynilə davam edir.
55-ci dəq. Halk qol vurur, lakin Hovard Vebb onun topu əllə qarşısına atdığını iddia edərək qolu qeydə almır.
55-ci dəq. Halk sarı vərəqə alır.
57-ci dəq. Braziliyanın baş məşqçisi Luis Felipe Skolari texniki zonanı tərk edərək hakimə etiraz edir.
57-ci dəq. Çilidə Varqası Felipe Qutyerres əvəz edir.
60-cı dəq. Braziliyada Qustavo sarı vərəqə alır.
64-cü dəq. Çilidən kompakt hücum. Çoxgedişli kombinasiyadan sonra Aranqizin zərbəsini Sezar möhtəşəm çıxarır.
64-cü dəq. Braziliyada Fredi Jo Alves əvəz edir.
68-ci dəq. Çili oyuna nəzarət edir. Braziliya çətin anlar yaşayır.
72-ci dəq. Braziliyada Fernandinyonu Ramires əvəz edir.
74-cü dəq. Halkın qapı qaşısına ötürməsi, Jo zərbə endirə bilmir.
81-ci dəq. Alveçin asması, Neymar başla vurur, Bravo yerindədir. Real qol epizodunda yenə də qapıçı Çilini xilas edir.
82-ci dəq. Çilinin qapısı önündə qarışıqlıq. Neymarın zərbəsinə müdafiəçilər mane olur.
83-cü dəq. Halkdan gözəl hərəkətlər. Forvard mükəmməl zərbə endirir, Bravo eyni ustalıqla topu çıxara bilir.
87-ci dəq. Çilidə Vidal Maurisio Pinalla əvəz olunur.
90+3-cü dəq. Matç heç-heçə bitir, əlavə dəqiqələr oynanılacaq.
Matçın əsas vaxtının statistikası
Braziliya Çili46% Topa nəzarət 54%
6 Küncdən zərbə 5
2 Of-sayd 1
19 Qayda pozuntusu 13
2 Sarı vərəqə 2
0 Qırmızı vərəqə 0
İlk əlavə hissə başlayır.
93-cü dəq. Braziliya hissəyə yaxşı başlayır. Jo qapıçı ilə üz-üzə qalsa da, qaydanı pozur.
94-cü dəq. Jo sarı vərəqə alır.
97-ci dəq. Mübarizə yenə də meydanın mərkəzində keçir.
100-cü dəq. Jo sol cinahda qapıya yaxın topu qəbul edir. Müdafiəçilər zərbənin qarşısınıalır.
102-ci dəq. Halkın hava ötürməsində Oskarın baş zərbəsi zəif alınır.
102-ci dəq. Çilidə Pinila sarı vərəqə alır.
103-cü dəq. Halk fərqlənməyə yaxın olur. Onun qüvvətli zərbəsini yenə də Bravo dəf edir.
105+1-ci dəq. Braziliyada Alveç sarı vərəqə alır.
105+1-ci dəq. İlk əlavə hissə bitir.
Fasilə
İkinci əlavə hissə başlayır.
106-cı dəq. Braziliyada Oskar Viliyanla əvəz olunur.
108-ci dəq. Çilidə Medel zədələnir, onu Xose Roha əvəz edir.
111-ci dəq. Artıq futbolçuların tamamilə yorulduğu hiss olunur. Ciddi hücum quran yoxdur.
113-cü dəq. Çilinin əks hücumu zamanı Diasın zərbəsi qeyri-dəqiq alınır.
117-ci dəq. Son dəqiqələr. Braziliya oyunu rəqib yarımmeydanına daşıyır.
120-ci dəq. Çili Braziliyanı yıxa bilərdi. Son saniyələrdə Pinilanın zərbəsi qapı tirindən qayıdır.
120+1-ci dəq. Ramiresin zərbəsi qapıdan aralı keçir.
120+2-ci dəq. Matç başa çatır. Qalib penaltilərdə müəyyənləşəcək.
Matçın statistikası
Braziliya Çili48% Topa nəzarət 52%
9 Küncdən zərbə 5
2 Of-sayd 3
28 Qayda pozuntusu 23
4 Sarı vərəqə 3
0 Qırmızı vərəqə 0
- Braziliyada David Luiz penaltini dəqiq yerinə yetirir.
- Çilidə Pinilanın penalti zərbəsini Julio Sezar dəf edir.
- Braziliyada Vilian qapıçını aldatsa da, penaltini kənara vurur.
- Çilidə A. Sançesin penaltisini də Sezar qaytara bilir.
- Braziliyada Marselo penaltini dəqiq yerinə yetirir.
- Çilidə Aranqiz penaltini mükəmməl və dəqiq yerinə yetirir.
- Braziliyada Halkın penaltisini Bravo dəf edir.
- Çilidə Diaz penaltini dəqiq yerinə yetirir. Hesab bərabərdir.
- Braziliyada Neymar penaltini dəqiq yerinə yetirir.
- Çilidə Qonsalo Haranın zərbəsi dirəkdən qayıdır. Braziliya 1/4 finaldadır.
Matçın oyunçusu: Julio Sezar(Braziliya)