1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Neftçi" "Böyük oyun" qalmaqalına aydınlıq gətirdi
Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun "Neftçi" - "Xəzər Lənkəran" oyunu zamanı heç bir azarkeş polis tərəfindən saxlanılmayıb. Sportnet.az-ın məlumatına görə, bu barədə "Report"a "Neftçi" klubunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mehman Rəsulov açıqlama verib.
O, "Böyük oyun"da meydan sahibi azarkeşlərinin saxlanılması haqda mətbuatda yayılan xəbərlərin doğru olmadığını və azarkeşlər tərəfindən xoş qarşılanmadığını vurğulayıb. Klub rəsmisi oyun zamanı yerli azarkeşlərdən bir neçəsinin polis tərəfindən tribunadan aparılmasına isə belə şərh verib: "Klub olaraq maraqlanmışıq və heç bir azarkeşimiz polis əməkdaşları tərəfindən saxlanılmayıb".
Rəsulov onu da deyib ki, təhlükəsizlik tədbirləri ilə əlaqədar polis hər hansı azarkeşi stadiondan kənarlaşdırıla bilər. Ancaq bu, həmin azarkeşlərin tutulması demək deyil.
Qeyd edək ki, "Böyük oyun"dan öncə və oyun zamanı azarkeşlər arasında insidentin olduğu və nəticədə "Neftçi" azarkeşlərinin həbs olunması ilə bağlı məlumatlar yayılıb.