"Bakı” klubunun prezidenti Hafiz Məmmədova məxsus "Bank of Azerbaijan”
"İnter” klubunun fəxri prezidenti Cahangir Hacıyevin rəhbəri olduğu "Azərbaycan
Beynəlxalq Bankı” tərəfindən alınıb. Bu barədə Sportnet.az-a "Bank of
Azerbaijan”ın rəsmi nümayəndələrindən biri məlumat verib.
Onun sözlərinə görə, artıq yeni rəhbərlik Məmmədovun sabiq bankında
fəaliyyətə başlayıb. Əməkdaşımız ipoteka kreditini ödəmək istədikdə isə ona
hələlik "Bank of Azerbaijan”ın bu işi həyata keçirmədiyi bildirilib.
Əməkdaşımıza krediti "Nikoil Bank”da və ya "AF Bank”da ödəməli olduğu
bildirilib.
Qeyd edək ki, "Bakı” klubunun da maddi problemlər üzündən dağılma təhlükəsi ilə üzləşdiyinə dair xəbərlər yayılıb.