Bu gecə DÇ-2014-ün son yarımfinalçısı müəyyənləşəcək. Sportnet.az-ın məlumatına görə, 1/4 finalda Argentina və Belçika yığma komandaları üz-üzə gələcəklər.
Mundialın startı öncəsi Hollandiyanı favoritlər sırasında görmürdülər. Pessimistlərin əllərindəki əsas - son Avropa çempionatı və bundan sonra baş verən nəsildəyişmə prosesi idi. Ancaq "narıncılar"ın təcrübəli baş məşqçisi Lui van Qal qısa müddətdə yeni kollektiv qurmağı bacardı. Bu, Hollandiya yığmasının nəticələrində öz əksini tapmadı. Özü də bu, tez bir zamanda baş verdi və indi milli "iştah diş altındadır", məsəli ilə irəliləməkdə davam edir. DÇ-2014-ün startında qrupdan çıxmağı bayram kimi qəbul etməyə hazır olan hollandiyalıların debüt oyununda dünya və Avropa çempionu İspaniyanı "kötəklədikdən" sonra (5:1) ambisiyaları genişləndi. Artıq qrupdan çıxmaq sualı gündəmdə yox idi. Onu "qrupdan 1-ci yerlə çıxmaq" vəzifəsi əvəzlədi.
Hətta mundialdan əvvəl heç bir iddialı bəyanat verməyən Hollandiya da Kosta Rika ilə müqayisə oluna bilməzdi. Axı bu yığmaya hamı ümumiyyətlə, turist gözü ilə baxırdı. Doğrudur, mütəxəssislər xətirlərinə dəyməmək üçün Xorxe Luis Pintunun rəhbərlik etdiyi yığmanın maraqlı futbol sərgiləyə bildiyini söyləyirdilər. Ancaq qrupdan çıxmaq?! Yox, bunu heç ən çılğın kosta rikalı fanat belə ağlından keçirmirdi. İtaliya, İngiltərə, Uruqvay! Bu qrupdan "pley-off"a çıxmaq olar? Ancaq heç kimin ciddiyə almadığı Kosta Rika çıxmağı bacardı... özü də 1-ci yeri tutaraq!
1/8 final səddini hər iki yığma çətinliklə adladı. Meksika ilə görüşün ilk yarısında van Qalın rəhbərlik etdiyi komanda özünə bənzəmirdi. Nə sürət var idi, nə də təhlükə. Elə bunun nəticəsi idi ki, 2-ci hissənin əvvəlində "atsteklər" Hollandiyanı cəzalandırdı. "Təcrübəli məşqçi" statusunu qorumağı bacaran van Qal mundialda ilk dəfə Klas-Yan Hüntelaarın xidmətinə ehtiyac duydu. Futbolçu məşqçinin etimadını artıqlaması ilə doğrultdu. 88-ci dəqiqədə onun fəallığı sayəsində Uesli Sneyder dəqiq "atəş"lə hesabı bərabərləşdirdi. Son dəqiqədə isə forvard Aryen Robbenə qarşı qayda pozuntusuna görə təyin edilən penaltini dəqiq yerinə yetirdi.
Kosta Rika isə 1/4 finala yüksəlmək uğrunda mübarizədə penalti seriyasınadək oynadı. Yunanıstanla oyunda Brayan Ruisin dəqiq zərbəsi sayəsində hesabda önə keçən "Tikos" qələbəni qoruya bilmədi. Nəticədə 30 dəqiqəlik əlavə vaxtda azlıqda müdafiə olunmalı oldu. Keylor Navasın bu 30 dəqiqədəki qəhrəmanlıqları hədər getmədi. Həlledici penaltini də dəf edən çərçivə qoruyucusu Kosta Rika futbolunun tarixinə düşdü. Axı indiyədək bu yığma cəmi bir dəfə mundialın "pley-off"una yüksəlib. 1990-cı ildə 1/8 finalda Çexoslovakiyaya uduzan Kosta Rika, bu dəfə daha irəliyə getməyi bacarıb.
Hollandiya ilə matç həm də ona görə maraq doğurur ki, Kosta Rika yığmasının heyətində "Xəzər Lənkəran"ın sabiq futbolçusu Rendall Brenes çıxış edir. Son 3 qarşılaşmada forma geyinmiş Brenes ilk qolunu "narıncılar"ın qapısından keçirmək əzmi ilə meydana çıxacaq.
06 iyul
01:00. 1/4 final. Hollandiya - Kosta Rika - 0:0 (penaltilərlə - 4:3)
Maraqlı faktlar
– Nə qədər qəribə də olsa, Hollandiya və Kosta Rika ilk dəfə görüşəcək
– Kosta Rika əvvəllər heç vaxt dünya çempionatlarının 1/4 finalında oynamayıb.
– Kosta Rika mundiallarda Avropa yığmaları ilə 9 oyundan bərabər sayda heç-heçə, qələbə və məğlubiyyətlə ayrılıb.
– Lui van Qal, Aryen Robben və Klas Yan Huntelar 2001-ci ildə 20 yaşadək futbolçular arasında keçirilmiş dünya çempionatında Kosta Rikaya uduzublar.
– DÇ-2014-də Hollandiyanın qollarını 7, Kosta Rikanın isə 4 müxtəlif futbolçu vurub.
–Robben və Sneyder dünya çempionatlarında hərəyə 6 dəfə fərqləniblər. Bu göstəricidə ən yaxşı hollandiyalı Conni Rep (7 qol) sayılır.
– Sneyder DÇ-2014 iştirakçıları arasında "pley-off"dakı qollar üzrə rekordçudur (5 qol). Ümumilikdə isə rekord Leonidas və Ronaldoya (8 qol) məxsusdur.
- Kosta Rika standart vəziyyətdən 1 qol, Hollandiya 4 qol vurub. Ən çox qol (5) isə Fransaya məxsusdur.
Start heyətlər
Hollandiya: 1. Sillessen, 2. Vlaar, 3. de Vriy, 4. İndi Martins, 5. Blind, 9. van Persi (kap.), 10. Sneyder, 11. Robben, 15. Kuyt, 20. Viynaldum, 21. Memfis Defay
Kosta Rika: 1. Navas, 2. Akosta, 3. Qonsales, 4. Umanya, 5. Borges, 7. Bolanyos, 9. Kempbell, 10. Ruis, 15. Dias, 16. Qamboa, 17. Texeda
Baş hakim: Rövşən İrmatov (Özbəkistan)
Salvador şəhəri. "Fonte-Nova" stadionu.
Matç başladı.
Hollandiya hücumlar etsə də, təhlükəli vəziyyət yarada bilmir.
21-ci dəq. Matçda ilk təhlükəli vəziyyət. Navas əvvəlcə van Persi, sonra Sneyderin zərbəsini dəf edir.
25-ci dəq. Robbenin qapı qarşısına ötürməsindən sonra van Persi zərbə vurmaq istəsə də, laynsman ofsayd qeydə alır.
28-ci dəq. Kosta Rika da təhlükəli vəziyyət yaratmaq istəyir. Bolanyosun cərimə zərbəsindən havalandırdığı topa çatan olmur.
29-cu dəq. Navas Depayın zərbəsini dəf edir.
35-ci dəq. Robben sürətlə irəliləmək istərkən, qarşısı kobudluqla alınır. İrmatov cərimə zərbəsi təyin etsə də, sarı vərəqəyə əl atmır. Bu da Hollandiya yığmasının məşqçiləri tərəfindən etirazla qarşılanır.
37-ci dəq. Matçda ilk sarı vərəqə Diasa göstərilir.
38-ci dəq. Sneyderin cərimə zərbəsini Navas ustalıqla dəf edir.
42-ci dəq. Robbenin növbəti təhlükəli ötürməsinə Navas van Persidən tez yetişir.
45-ci dəq. İlk yarıya 1 dəqiqə əlavə olunur.
Fasilə.
İkinci hissə başladı.
48-ci dəq. Kosta-Rika futbolçusunun cinahdan rəqib futbolçuya dəyib istiqamətini dəyişən zərbəsini Silessen tutur.
51-ci dəq. Robbenə qarşı növbəti kobudluq səbəbindən Umanya sarı vərəqə alır.
53-cü dəq. Robbenin yerinə yetirdiyi cərimə zərbəsindən sonra Sneyder topu uğursuz vurur.
60-cı dəq. Kosta Rikanın təhlükəli hücumundan sonra hollandiyalı müdafiəçi son nöqtəni qoymağa imkan vermir.
64-cü dəq. Növbəti sarı vərəqə Martinsə göstərilir.
65-ci dəq. Kosta Rikanın təhlükəli hücumu az qala qolla nəticələnəcəkdi.
68-ci dəq. Robbenə zərbə endirmək imkanı verilmir.
70-ci dəq. Qamboa topa tullanaraq, zərbə vurduqdan sonra yerə uğursuz düşərək, zədələnir. O, meydanı xərəkdə tərk edir və tezliklə meydana qayıdır.
74-cü dəq. Sneyderin cərimə zərbəsindən sonra Vlaar başla topu qapının üstündən vurur.
76-cı dəq. İlk əvəzləmə. Depayın əvəzinə Cermeyn Lens meydana girir.
79-cu dəq. Qamboanın əvəzinə Miri meydana girir.
81-ci dəq. Robbenə qarşı növbəti kobudluq və bu dəfə Qonsalesə sarı vərəqə göstərilir.
82-ci dəq. Sneyderin zərbəsi qapı dirəyinə tuş gəlir.
84-cü dəq. Navas növbəti təhlükəli zərbəni dəf edir.
88-ci dəq. Sneyderin gözəl ötürməsindən sonra van Persi dəqiq zərbə endirə bilmir.
90-cı dəq. Əsas vaxta 4 dəqiqə əlavə olunur.
90+2-ci dəq. van Persinin zərbəsini qapıçı qaytarır. Hücumun davamında kosta-rikalı müdafiəçi topu qapı xətti üzərindən çölə çıxarır.
İkinci hissə başa çatdı. Matç əlavə vaxta uzanır.
Əlavə vaxt başladı.
94-cü dəq. Əvvəlcə Navas, sonra Akosta təhlükəli hücumun qarşısını alır.
97-ci dəq. Xose Kubero Texedanın əvəzinə meydana daxil olur.
98-ci dəq. Matçda kritik məqam. Kosta Rikanın futbolçusu Urenya penalti istəsə də, İrmatov "davam" deyir.
104. Urenya Ruisin gözəl ötürməsinə çata bilmir.
Əlavə vaxtın ilk bölümünə 2 dəqiqə əlavə olundu.
İlk bölüm başa çatdı.
İkinci əlavə bölüm başladı
106-cı dəq. Martinsin əvəzinə Klas Yan Huntelar meydana girir.
107-ci dəq. Akosta Robbenin qarşısını kobudluqla aldığı üçün önündə sarı vərəqə görür.
111-ci dəqiqə. Huntelar Navasa qarşı kobudluğa görə sarı vərəqə ilə cəzalanır.
115-ci dəq. Bolanyosun fərqlənmək istəyinin qarşısını hollandiyalı müdafiəçilər alır.
117-ci dəq. Urenyanın zərbəsindən sonra Silessen qolun qarşısını alır.
119-cu dəq. Hollandiya yığması az qala hesabı açacaqdı. Amma top qapı tirinə dəydi.
120-ci dəq. Qapıçı Silessen meydanı tərk edir. Onun əvəzinə Krul oyuna daxil olur. Bu addım penaltilər seriyası ilə əlaqədar verilir.
İkinci əlavə bölüm başa çatır. Görüşün taleyi penaltilər seriyasında həll olunacaq.
Penaltilər seriyası
Borxes - 1:0
van Persi - 1:1
Ruis - 1:1 (Krul topu qaytarır)
Robben - 2:1
Qonsales - 2:2
Sneyder - 3:2
Bolanyos - 3:3
Kuyt - 4:3
Umanya - 4:3 (penaltini Krul qaytarır)
Matçın ən yaxşısı: Keylor Navas (Kosta Rika)