Fransa "Lans"ının prezidenti Jerve Martel klubun əsas səhmdarı Hafiz Məmmədovun rəhbərlikdə islahatlar aparacağı barədə açıqlamasına münasibət bildirib. Sportnet.az-ın məlumatına görə, Martel "L Equipe" nəşrinin əməkdaşı ilə söhbətində Məmmədovun sözlərini özünə qarşı hədə saymadığını vurğulayıb.
O deyib: "Mənim biznesdə 25 illik təcrübəm var. Məmmədov "Lans"a gəlməsəydi, klub bir daha mövcud olmayacaqdı. Amma o, yaxşı bilir ki, bu həftə İdarəetməyə Nəzarət üzrə Milli Direktorat (DNCG) klubumuzun Fransa yüksək liqasında iştirakına dair müsbət qərar qəbul edəcək. Ötən həftə onunla 8 gün birgə oldum. Amma klubun idarəetməsi, o cümlədən mənim istefaya göndərilməyimlə bağlı heç bir məsələni müzakirə etmədik. Onun belə bir fikri olsaydı, mənə deyərdi".
Qeyd edək ki, ötən həftəsonu Hafiz Məmmədov yazılı açıqlama yayaraq, "Lans" rəhbərliyində dəyişiklik etmək istədiyini bəyan edib. Məmmədov bu addımına klubun hazırkı rəhbərliyinin işindən narazı qalmasını səbəb göstərib. Azərbaycanlı iş adamı ötən il "Lans"a 19,5 milyon avro, bu il isə 30 milyon avro sərmayə qoyub.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |