Onun sözlərinə görə, artıq qərar qəbul olunub: "UEFA spreydən öz turnirlərində istifadə edəcək".
Amma qərarın avrokubokların qrup mərhələsindən, yoxsa elə təsnifat mərhələsindəcə tətbiqinə başlanılacağı bilinmir.
Qeyd edək ki, DÇ-2014 baş hakimlərin köpüklü balondan yararlanmaq imkanı qazandıqları ilk böyük yarış olub. Onun köməyi ilə referi cərimə zərbəsi və ya sərbəst zərbə zamanı canlı sədd quran futbolçuların irəli çıxmamaları üçün cızıq çəkir. O, həmçinin zərbənin yerinə yetiriləcəyi yeri işarələyir. Ağ rəngli köpük yaşıl qazonda bir dəqiqə ərzində yaxşı görünür, sonra isə buxarlanır. Hazırda Azərbaycan klublarından "Qəbələ" və "İnter" Avropa Liqasında mübarizə aparır. "Qarabağ" iyulun 15-də Çempionlar Liqasının, "Neftçi" isə Avropa Liqasının II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.