1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Xəzər Lənkəran"ın baş məşqçisindən ittihamlar
"Xəzər Lənkəran"ın baş məşqçisi Oğuz Çətin hazırda Türkiyə millisinin sükanı arxasında olan Fatih Terim haqda danışıb. Sportnet.az-ın məlumatına görə, Çətin "Əl Cəzirə"yə açıqlamasında bir müddət millidə birgə çalışdığı Terimi tənqid edib.
O, Türkiyə yığmasının hazırkı baş məşqçisini onlara yol açmamaqda günahlandırıb: "2005-ci ildə ciddi hədəflərlə milli komanda karyerama başladım. Fatih Terimin ətrafındakı 3-5 nəfər və mənimlə bərabər digər gənc yoldaşlar onun gedişindən sonra baş məşqçi postuna gəlmək üçün bu işə başladıq. Ancaq Terim getdikdən sonra Qus Hiddink baş məşqçi təyin edildi. Hiddinkdən sonra bu postda işləmək üçün onunla da yola davam etdik. Çünki 7 illik təcrübəm vardı və 80 dəfə millinin oyunlarında aktiv vəzifə icra etmişdim. Bunların ölkə tərəfindən dəyərləndirilməsi və əngəllənməməsi lazım idi".
"Xəzər Lənkəran"ın baş məşqçisi Azərbaycanda birgə çalışdığı Mustafa Dənizlinin isə fərqli olduğunu söyləyib: "Dünyada bu yolla gedən xeyli ölkə var. Yalnız sistem deyil, bu işin içərisində birbaşa yer alan şəxslər mövcuddur. Kiməsə dəstək verməyə məcburdurlar. Fatih Terim bizim yolumuzu açmadı. Mustafa Dənizlini bu mövzudan ayırıram. Çünki onun daha fərqli baxış bucağı var. Nəyə görə Terim, Hiddink və Abdullah Avcıdan sonra yeni bir Aykut, Ertuğrul gəlmir? Fatih Terim gəldi, uğurlu oldu və getdi. Sonra yenidən gəldi və uğursuz şəkildə getdi. İndi yenə gəlib".
Qeyd edək ki, Oğuz Çətin 2006 - 2009-cu və 2010 - 2011-ci illərdə Türkiyə yığmasında köməkçi məşqçi vəzifəsində çalışıb. "Xəzər Lənkəran"a da Mustafa Dənizlinin köməkçisi qismində gələn Çətin bir müddət sonra baş məşqçi kimi fəaliyyətə başlayıb.