Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində "Neftçi" - "Koper" matçı öncəsi mətbuat konfransı keçirilib. Sportnet.az-ın məlumatına görə, Bakı klubunun braziliyalı futbolçusu Flavinyo oyun haqda fikirlərini bildirib:
- Gözləyirəm ki, yaxşı oyun göstərəcəyik. Bu, tək "Neftçi" yox, bütün Azərbaycan üçün vacib oyundur. Ona görə də sabahkı görüşə böyük məsuliyyət var. Biz artıq bir dəfə qrupa düşmüşük, ancaq keçən il pis oynamışıq. İndi isə vəziyyət dəyişib. Bizim komanda daha güclüdür.
- Rəqibin oyununu izləmisiniz. "Skenderbeu" ilə "Koper" arasında hansı fərq var?
- Məncə "Koper"in futbolçuları fiziki cəhətdən daha güclüdür və boyları hündürdür. 14 nömrəli futbolçu daha güclüdür. Mənim üçün fərqlilik odur ki, daha məsuliyyətli oynamaq lazımdır. Əsas qol buraxmamaqdır. Biz çalışacağıq ki, təzyiq edək və qol vuraq.
- Qeyd etdiniz ki, rəqibin 14 nömrəsi güclüdür. Təbii ki, rəqib də Sizi gözaltı edib. Bu mənada özünüzü oyuna hazırlamısınız?
- Mən bütün oyunları məsuliyyətlə oynayıram. Tək məni saxlamaqla iş bitmir. Araz, Vobay da var.