
Türkiyənin "Manisaspor" klubu Azərbaycan milli komandasının futbolçusu Branimir Subaşiçlə münasibətlərini rəsmiləşdirib. Sportnet.az-ın məlumatına görə, Serbiya əsilli hücumçu ilə 2 illik müqavilə imzalanıb.
Komandanın Kartepedəki təlim-məşq toplantısı zamanı baş tutan mərasimdə Subaşiç "Manisaspor"un bir parçası olmaqdan məmnunluğunu gizlətməyib: "Bu komandaya fayda vermək üçün əlimdən gələn bütün səyləri göstərəcəyimə heç kimin şübhəsi olmasın".
Qeyd edək ki, Branimir Subaşiç "Manisaspor"a "Orduspor"dan keçib.