
Çempionlar Liqasının II təsnifat mərhələsində Malta "Valletta"sı ilə qarşılaşmadan öncə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyun haqda fikirlərini bildirib. Sportnet.az-ın məlumatına görə, Qurbanov bunları bildirib:
- Rəqib bizə tanışdır. Maksimum məlumat əldə etməyə çalışırıq. Səfər oyununda çox səhvlərimiz, gözlədiyim çətinliklər oldu. Bu da normal haldır. 1 aylıq tətildən sonra futbolçular istər-istəməz öz oyunlarını göstərə bilmir. Yaxşı nəticə ilə dönməyimizə baxmayaraq, cavab oyununa həddən artıq ciddi hazırlaşmışıq. Bəzi oyunçularımın ustalıq səviyyəsi yuxarıdır və təcrübəlidir. Məşqçiləri milli komandada oynamış, Avropa təcrübəsi olan biridir. Çalışacağıq ki, diqqətli olaq və səhvsiz oynayaq.
- Bu oyunu "Zalsburq"un nümayəndələri izləyəcək. Ola bilər ki, bu oyunda Qurban Qurbanov nəyisə gizlətsin?
- Yəqin ki, səmimiyyətimə inanırsınız. Mən nə "Zalsburq"u, nə də hansısa eksperimenti düşünmürəm.
- "Valletta" ilə ilk oyunda tam təhlil apara bilməmişdiniz. Səbəb nə idi?
- Əlimizdə material az idi. Bir neçə oyunlarını izləmişdik. Sonra həm heyət, həm də məşqçiləri dəyişdi. Buna görə problemlərimiz oldu.
- Adətən klublarımız 20 və 21:00-da oynayır. Bu dəfə niyə 21:30-da oynayacaqsınız?
- Gec yaxşı deyilmi? İftara görə bu addımı atmışıq.