"Gözlədiyimiz kimi çətin oyun keçdi". Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi" ilə oyundan sonra "Çixura"nın baş məşqçisi Samson Pruidze deyib.
O bildirib ki, "Neftçi" güclü komandadır və ölkədaxili böyük titullara malikdir, gözəl baş məşqçisi və səviyyəli futbolçuları var. Amma Pruidze ilk oyunu komandası üçün uğurlu sayıb: "Uğur bizim tərəfdə oldu. Bir çox qol imkanımız olsa da, fərqlənə bilmədik. Bu oyun geridə qaldı. Cavab oyununa daha ciddi hazırlaşacağıq".
- Oyuna gəlmək üçün gürcüstanlı azarkeşlərə kömək göstərilib?
- Gürcüstandan gələn azarkeşlərə təşəkkür edirəm. Onların bizə dəstəyi böyük bir motivasiyadır. Eyni azarkeşdə "Neftçi" azarkeşlərinin də komandalarını dəstəkləmələrinə şad oldum, onlara da təşəkkür edirəm.
- Şansları necə dəyərləndirirsiniz?
- "Neftçi" güclü komandadır və biz onlarla müqayisə oluna bilmərik. Lakin bu gün göstərdiyimiz oyunu davam etdirməyə və nəticə qazanmağa çalışacağıq.
- Oyun ərzində azarkeşləriniz qeyri-etik hərəkət etdi. Bizim əraziləri öz xəritələrində göstərdi. Buna münasibətinizi bilmək istərdik...
- Bu cür hərəkətləri pisləyirik, qonşu olaraq Azərbaycan bizə qarşı çox gözəl davranır. Mən sizə bildirim ki, o azarkeşlər Çixuradan olan azarkeşlər deyil. Xahiş edirəm ki, bizim üzrxahlığımızı qəbul edəsiniz.
- "Bursaspor"u 0:0 hesbaından sonra penaltilərlə keçdiniz. İndi də bu hesab qeydə alındı. Bu hər hansı bir taktikanın nəticəsidir?
- "Bursaspor" hücuma meylli komandadır. Buna görə də biz məcbur müdafiədə oynayırdıq. Bu oyunda biz çalışdıq ki, açıq futbol oynayaq. Ancaq ev oyununda hücum futbolu oynamağa çalışacağıq. "Bursaspor"un heyətində sürətli və cəld futbolçular olduğundan müdafiə oyununa məcbur idik.
- Sadıq Sadıqov "Koper"lə oyundan əvvəl yuxuda 2:0 hesablı qələbə gördü və bu yuxu həyata keçdi. Siz "Neftçi"nin prezidentindən qorxmursunuz?
- Bilmirəm nə görəcək. Ona görə də belə şeylərdən qorxmuram.
- Gürcüstanda türkiyəli jurnalistlər döyülmüşdü. Biz ora getsək, bizi də bu təhlükə gözləyir?
- Bizim yaxın qonşumuzsunuz. Böyük münasibətimiz var. Bilirəm ki, azərbaycanlı nümayəndələr bu cür davranışlara yol verməyəcək. Biz dedik ki, Gürcüstan milləti qonaqpərvərdir, lakin onların baş məşqçisi bizi təhqir etdi. Sizin qonaqpərvərliyinizi gördük. Ancaq biz Bursada olanda onların azarkeşləri bizi təhqir edirdi. Oyundan əvvəl bizə köhnə top vermişdilər ki, onunla məşq edək. Lakin biz şikayət etmədik. Sizi Gürcüstana dəvət edirik və orada görmək xoş olardı.
Konfransın sonunda baş məşqçi yenidən öz fikirlərini bildirdi: "Mən bir neçə dəfə Bakıda olmuşam və bu inkişafa heyran olmuşam".