Azərbaycan yığması İsveçrənin Sürix şəhərində keçirilən Avropa çempionatını 1 medalla başa vurub. Sportnet.az-ın məlumatına görə, kişilər arasında 5000 metr məsafəyə qaçışda Hayle İbrahimov gümüş medal qazanıb.
24 yaşlı idmançı finişə 14 dəqiqə 8,32 saniyəyə çataraq, qızıl medal qazanan böyük britaniyalı Məhəmməd Fərəhdən cəmi 2,5 saniyə geri qalıb. Əvəzində o, digər böyük britaniyalı Endi Vernonu 1,16 saniyə geridə qoya bilib. Atletika növündə ölkəmizin beynəlxalq yarışlarda nadir hallarda mükafatçılar sırasına düşdüyünü nəzərə alsaq, İbrahimovun uğurunu unikal nailiyyət də saymaq olar.
Qeyd edək ki, məhz Hayle İbrahimovun medalı sayəsində Azərbaycan millisi qitə çempionatını ümumi komanda hesabında 21-ci pillədə başa vurub.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |