Polşanın Rumia şəhərində bədii gimnastika üzrə Baltik Kuboku keçirilib. Sportnet.az-ın Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, yığma komandamızın lideri Marina Durunda çoxnövçülükdə qızıl medal qazanıb.
Onun çıxışı hakimlər tərəfindən 72.400 xalla qiymətləndirilib. Durunda iki israilli gimnastı – 71.800 xal toplayan Neta Rivkin və 69.550 xal toplayan Viktoriya Filanovskini geridə qoyub. Durunda həmçinin, gürzlərlə qızıl, top və halqa ilə isə gümüş medal qazanıb.

Azərbaycan yığma komandasının baş məşqçisi Mariana Vasileva bu nailiyyəti belə şərh edib: "Marinanın çıxışı məni çox sevindirdi, onun yarış nəticələri hər yarışdan-yarışa stabilləşir. Topla finala qədər yüksələn Ayşən Bayramovanı da qeyd etmək istərdim, bu turnir onun üçün ilk ciddi start idi”.