 

Futbol üzrə I Divizionun ilk turuna hakim təyinatları açıqlanıb. Sportnet.az-ın məlumatına görə, ötən mövsümdən fərqli FİFA referisi Anar Salmanovun aşağı liqadakı I tur qarşılaşmalarını idarə etməsi məqsədəuyğun sayılmayıb. 
		
		Əvəzində digər FİFA referisi Əliyar Ağayevə "Bakılı" və "Rəvan" arasında keçiriləcək paytaxt derbisi tapşırılıb. 
		  
5 sentyabr (cümə)
		
"Şəmkir” – "Turan T” 
Hakimlər: Orxan Məmmədov, Aleksandr Musatkin, Vüqar Bayramov, Xəlil Xəlilov
Şəmkir Olimpiya Kompleksinin stadionu
	
6 sentyabr (şənbə)
		
"Bakılı” – "Rəvan” 
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Knyaz Əmiraslanov, Elgün Hüseynov
"İnter Arena”, 4-cü meydança
	
"Qaradağ Lökbatan” - "Energetik” 
Hakimlər: Teymur Fərhadov, Rəvan Həmzəzadə, Rəşadət Cəfərov, Nahid Xasıyev
İsmət Qayıbov adına Bakıxanov qəsəbə  stadionu
	
"Kəpəz” – "Şahdağ”
Hakimlər:  Ömər Paşayev, Cavanşir Yusifov, İsgəndər Əliyev, Etibar Həsənov
Gəncə şəhər stadionu
	
"Lokomotiv” – "Şuşa” 
Hakimlər: Ramil Əhmədov, Coşqun Həsənov, Elman Kərimov, Yusif Hüseynov
"Bakı” FK-nin təlim-məşq bazasının stadionu
	
"Mil Muğan” – "Göyəzən” 
Hakimlər: Mahir Məmmədov, Munis Abdullayev, Vüsal Qənbərov, Ziya Nəsirov
Heydər Əliyev adına İmişli şəhər stadionu
	
7 sentyabr (bazar)
"Zirə” – MOİK
"Zirə” Olimpiya kompleksinin stadionu
Hakimlər: Elvin Əsgərov, Elman Musayev, Rahil Ramazanov, Qorxmaz Eldarov
		
"Ağsu” – "Neftçala” 
Ağsu şəhər stadionu 
Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Nahid Əliyev, Rəşad Əhmədov
	
Bütün oyunlar saat 17:30-da başlanır.