"Coca Cola" şirkəti "Bakı-2015" I Avropa Oyunlarının rəsmi tərəfdaşı olub. Sportnet.az-ın məlumatına görə, tərəflər arasında rəsmi müqavilə bu gün Bakıda imzalanıb.
Anlaşmaya əsasən, "Bakı-2015" brendi şirkətin bütün Azərbaycan ərazisindəki "Coca Cola" və "Bonaqua" içkilərinin etiketləri üzərində əks olunacaq. Şirkət həm də xüsusi olaraq, I Avropa Oyunları üçün məhdud sayda məhsulların qablaşdırılmasını həyata keçirəcək, Oyunlarla bağlı məlumatlılığı artırmağa kömək edən kompleks marketinq kampaniyasına başlayacaq.
Qeyd edək ki, "Coca Cola" "Bakı-2015"in 7-ci tərəfdaşıdır.