1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Tuyqun Nadirov: "Yalnız müzakirələr yox, qərarlar da olmalıdır" - MÜSAHİBƏ
AFFA Klublar Komitəsinin sədri Tuyqun Nadirovun Sportnet.az-a müsahibəsi
- Komitənin bugünkü iclasında nələr müzakirə olunacaq?
- İstəyirik bu gün tək müzakirələr yox, qərarlar da olsun. Bugünkü iclas geniş tərkibdə keçiriləcək. Azarkeşlərin stadiona cəlb olunması, transfer, "Topaz"ın klubların adından istifadə etməsi və digər məsələlər müzakirə olunacaq.
- Ötən iclasda oyunların yayım hüququ ilə bağlı məsələnin də müzakirə olunacağını demişdiniz...
- Bəli, bunun da həllinə çalışacağıq. Ola bilər ki, hər hansı xarici telekanalın xidmətindən, təcrübəsindən istifadə ediləcək. Bu mərhələni keçmiş, futbolu daha çox inkişaf etmiş ölkələr var ki, onların yayım təcrübəsindən istifadə etmək bizə xeyir verər.
- Bu dəfəki iclasa "Topaz" rəsmisi dəvət olunacaq? Ümumiyyətlə kimlərin iştirakı gözlənilir?
- Bu gün Klubların Lisenziyalaşma Qrupunun rəhbəri Elçin Məmmədov və Oyunçuların Statusu və Transferi Komitəsinin rəhbəri Rəmiş Malıyev dəvət edilib. Yəqin ki, "Topaz" rəhbərliyi də iclasda təmsil olunacaq.
- Azarkeşlərin stadionlara cəlb olunması ilə bağlı hansısa müzakirələr olacaq?
- Klubların fəaliyyəti nə üçündür? Bu gün hər bir klub istəyir ki, çox sayda azarkeşi olsun. Klubların məqsədi odur ki, azarkeşlər stadiona gəlib, komandalarını dəstəkləsinlər. İstər yayım, istərsə digər məsələlər olsun, futbolun kütləviləşməyi, onun təbliğ olunması bizim məqsədimizdir. Klubların istehsal etdiyi futboldur. Çalışırıq ki, azarkeşlərdə daha çox maraq oyadaq. İnanıram ki, klubların bir araya gəlib bu işi görməsi müsbət haldır.