
AFFA-nın baş katibi Elxan Məmmədov jurnalisltərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir
- Eddi İsrafilovun bakıya gəlməsi haqda fikirlərinizi bildirərdiniz...
- Onu tanışlıq məqsədilə dəvət etmişdik. İstəmirdik ki, birbaşa təlim-məşq toplantısına qatılsın. Gəlmək istədiyini bildirdi. Biz də "xoşdur" deyə onu qarşıladıq. Özü bəzi hüquqi sənədləri də həll edirdi. Çünki onun yaxın qohumları - nənəsi və xalası da burda yaşayır. Şəhəri gəzdi, AFFA-da oldu, görüşdük. Ayrıca olaraq, baş məşqçi Robert Prosineçki ilə də görüşüb. Yəni, Bakıya öz işləri ilə bağlı gəlib. Heç bilməzdim, rus dilində də danışmağı bacarır.
- "Qranada" oyunları olduğundan Eddini millinin
toplanışa buraxmayacaq...
- Prosineçki ilə danışdım. Dedi ki, çağırmayacağam. Çünki təlim-məşq toplanışı müddətində "Qranada"da oynamağını istəyir. Prosineçki deyir, mən çağırsam buraxarlar. Onun İspaniyada hörməti çoxdur. Sadəcə olaraq bundan istifadə etmək istəmir. Çünki bizə onun oynaması lazımdır.
- Toplanış
vaxtı millinin rəqibləri məlum olub?
- İki ölkə ilə danışıqlar gedir. Klublar da gündəm də var. Bizi Dubaya dəvət etdilər, ancaq biz Antalyanı seçdik. çüni U-16 və U-21 Antalyada olacaq. Prosineçki də gənclərin oyununu izləmək istəyir. Baş məşqçi ilə danışdıq. Oyun olsa, lap yaxşı olar. Rəqiblər arasında İordaniya, Yəmən və Moldova yığmaları var. Belarus da var idi, sadəcə tarixləri bizimlə uyğun gəlmədi.
- Yəmən əvvəlcə
sizinlə razılığa gəlib, sadəcə maliyyə məsələlərində razılaşmamışdınız...
- Bəli, onlar bizə şərtlər göndərmişdir ki, yol pullarını ödəyək. Onların otel, yemək xərclərini də ödəməyimizi istəyirdilər, ancaq razılaşmadıq.
- Mart
ayında 17 yaşlardan ibarət milli komandanın elit-round oyunları var. Hər kəs bu
oyunları gözləyir, amma futbolçular maaş dərdi çəkir. Hələ 3000 mükafatları
verilməyib...
- ilk növbədə biz nə məbləğ deyiriksə, onları da ödəyirik. Baş məşqçiyə də məlumat vermişdik ki, fevralın 15-dək pullar ödəniləcək. Mükafatlar müxtəlif fazilərə görə hesablanır və təqdim olunur. Çünki bu onların uğurlarıdır.
- Düzdür,
bu onların haqqıdır. Ancaq 17 yaşlı birinin vətəndən, millətçilikdən öncə pulu
fikirləşməsi nə dərəcədə doğrudur?
- Biz noyabrda demişdik ki, fevralın 15-dək pullar veriləcək. bu vaxtadək futbolçulardan heç biri pula görə bizə müraciət etməyib.
- Nəyə görə
17 yaşlı futbolçu pulu fikirləşməlidir? Mirbağır İsayev xalqı sevindirmək,
tarix yazmaq istədiklərini deyir. Amma onun yetirmələri 3000 manatdan danışır..
- Təbii ki, bu düzgün yanaşma deyil. Futbolçular heç bir yerdən pul almır və bu onların işidir. Əgər biz peşəkar futboldan danışırıqsa, pul verilməlidir. Sadəcə bu pullar uşaqlara yox, onların valideynlərinə veriləcək. Mən elit-round oyunlarında da oldum və gözəl mübarizə gördüm.
- Nikolay
Adamın U-19-dan ayrılıb Hindistana gedəcəyi barədə xəbərlər yayılıb...
- Adamla bu gün görüşüm olacaq. Ümumi olaraq hazırlıq planı verəcək. Bundan xəbərim var. hətta bir yox, iki ölkədən təklif var. Sadəcə ən realı Hindistandır. Mən də əvvəl mətbuatdan oxudum, sonra aydınlaşdırdım.
- U-21-in
qarşıdakı əsas vəzifəsi nə olacaq? Seçmə mərhələ, yoxsa futbolçu yetişdirmək?
- Hərdən UEFA-da da bunu müzakirə edirlər. Bəzi ölkələr buna inkişaf, bəziləri isə nəticə komandası kimi baxır. İnkişafa etmiş ölkələrə baxsaq, onların U-21 futbolçuları güclü klublarda oynayır. Bizim ölkələr üçün Azərbaycan, Gürcüstan və bu kimi digər ölkələrin əsas məqsədi milli komandanı formalaşdırmaqdır. Balkan ölkələri üçün U-21 böyük klublara keçid vəsiqəsidir. Bizdə U-21 körpü məqsədi daşıyır. Araz Abdullayevi "Everton" necə gördü? Millidə oynadı, Şotlandiyaya qol vurdu və tanındı. Ancaq biz çalışmalıyıq ki, U-19 və U-21 nəticə qazansın. Seçmə mərhələsinin oyunlarında yanımda təxminən 20 agent oturmuşdu. Artıq "Malaqa" klubu Qara Qarayevi baxışa dəvət edib. Onu harda görüblər? Təbii ki, turnirlərdə.
- Səfərlərlə
bağlı məlumat verərdiniz...
- Sankt Peterburqda UEFA prezidenti Mişel Platini ilə görüşümüz olub. AFFA prezidenti Rövnəq Abdullayev orda idi. Biz stadionla bağlı məlumat verdik. O açılışda iştirak etmişdi. Çox maraqlı haldır ki, o bizi görən kimi yeni baş məşqçi təyin etməyimizi dedi. Platini Prosineçkinin gənclərdə dünya çempionu olduğunu dedi.
- Robert Prosineçki müsahibəsində Xorvatiya ilə oyundan öncə
Şotlandiya yığması ilə görüşəcəklərini demişdi. və bu qaşrılaşma efirdə
yayımlanmalı idi...
- Orada tv agentliyi çox ağır şərtlər irəli sürüb. Təəssüflər
olsun ki, Azərbaycan bazarı yayma bu məbləği verməyə hazır deyil. Onlar yayıma
görə, həmişə böyük ölkələrə qarşı oynayırlar.
- Hakimlər Komitəsi birbaşa sizə tabedir...
- Burada bir sirr yoxdur. "de-yure" AFFA-ya,
"de-fakto" PFL-ə. Bu isə normal haldır.
- Xaqani Məmmədovdan şikayətlər olunub. Hətta Anar Salmanov
öz şikayətini Azərbaycanən birinci xanımı Mehriban Əliyevaya məktub şəklində
göndərib. Bu məsələlərdən xəbərin var? Nə baş verir?
- Bəli.. Burada birbaşa məsuliyyət sədr olduğu üçün Xaqani Məmmədovun öhdəsinə düşür. Bu barədə Ramin Musayevlə də söhbətimiz olub. Anar Salmanova I divizionda şans verildi və yenə səhv etdi. İnsan öz üzərində işləməlidir və inkişaf etməldir. Mən Xaqani müəllimi müdafiə etmirəm, gördüyümü deyirəm. Mən Anarla da söhbət etmişəm. Ona dedim ki, FİFA referiliyinə namizədliyi Xaqani Məmmədov verir. Çünki hakimlərin necə hazır olduğunu o bilir. Futbolçuları toplanışa kim aparır? Baş məşqçi seçir mənə göndərir. Mən də siyahını təsdiqləyirəm. Burda da o cürdür. Xaqani müəllim qol çəkirsə, biz də təsdiqləyirik. Təəssüflər olsun ki, FİFA baxır ki, bizə adını yazıblar, amma çempionatda yoxdur.
- "Qarabağ"ın "İnter"lə oyununda hakim səhvinə
də toxunmanızı istərdik...
- Çox maraqlıdır ki, Zelinka ötən mövsüm Çexiyada cəmi 5 oyun keçirib. Amma UEFA onu vacib oyuna göndərir.
- Geridə qalan müddətdə Məşqçilər Komitəsinin fəaliyyətini
necə dəyərləndirirsiniz?
- Hələ cavan komitədir, cəmi 2 aydır ki, fəaliyyət göstərir. Ancaq çox yaxşı başlayıblar. Martın 6-da İcraiyyə komitəsinin iclasında hesabat veriləcək. Çox aktiv iş görürlər. Onlar futbol veteranı yox, mütəxəssiləridir. Çünki birbaşa məşqçilərlə futbolçularla işləyirlər. Onlar hər bir futbolçunu yaxşı tanıyır və boş-boşuna danışmağı sevmirlər.
- Nazim Süleymanovun bu yaxınlarda ad günü olacaq. Dediyiniz
kimi, o da futbolçuları yaxşı tanıyır. Ancaq heç yerdə fəaliyyət göstərmir. Nə
klub, nə milli.. Üstəlik formasını geyindiyi "Alaniya" rəhbərliyi
Nazim Süleyamnova 50 illiyini qeyd etmək təklifini gödərib. Əvvəl bəddi hissə,
sonra isə yoldaşlıq görüşü...
- Nazim müəllim millidə işləyib və öz xahişi ilə işdən
getdi. Mütəmadi olaraq onunla danışırıq və iş də təklif edirik. Nazim müəllim
elə bir səviyyəli məşqçidir ki, o Premyer Liqa klublarından birində işləməlidir
və işləyib. İndi onu U-17, U-19 yığmasında ona iş təklif etmək düzgün olmazdı.
Artıq onun imici formalaşıb. Məşqçilər Korpusuna o insanlar seçilib ki, onların
klublarda işləməkdə gözü yoxdur. Şakir Qəribovu da komitə üzvləri seçib.
- "Bakı"nın bazası ilə bağlı fikirlərinizi də bilmək
maraqlı olardı. Bazanın suyunu da kəsiblər...
- Vəziyyət çox pisdi. Açıq deyirəm ki, bu gün PFL çox çətin vəziyyətdədir. Çünki 10 komandayla çempionat başlayıb, 9-u ilə davam edir. Şübhə edirəm ki, 9 komandayla da çempionat qurtarsın. Ramin Musayevlə də tez-tez danışıram və bizim futbolda ciddi problem var. Azərbaycan futbolunun birinci problemi futboldur. 17 peşəkar futbol klubu bağlanıb ki, bu da bizim üçün böyük faciədir. Rövnəq müəllim tapşırıq verib və biz çalışırıq ki, kömək edək. Lakin bizim də imkanlarımız məhduddur. Hansısa layihədən pul çıxardıb ora yatırdırıq. Bu tunelin işığı görsənmir. Problem odur ki, çempionat gedir. yay olsa, müzakirə etməyə vaxt olardı. Hafiz müəllimlə sonuncu dəfə İK-nın konfransında danışdıq və dedi ki, məsələ həll olunacaq.

