İranın paytaxtı Tehranda yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışarı keçirilir. Sportnet.az-ın məlumatına görə, yarışda Azərbaycanla yanaşı, İran, İsveç, Almaniya, Rusiya, Macarıstan, Türkiyə və Ermənistan güləşçiləri iştirak edir.
Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri İran, İsveç və Almaniya komandaları ilə A qrupunda mübarizə aparıb. B qrupunda isə, Rusiya, Macarıstan, Türkiyə və Ermənistan komandaları qüvvələrini sınayıb.
İlk olaraq yerli İran idmançıları ilə qarşılaşan güləşçilərimiz gərgin keçən görüşü 6:2 hesablı qələbə ilə başa vurub. Ardınca Almaniya və İsveç komandalarını 7:1 məğlub edən yığmamız qrup görüşlərini lider tamamlayıb. Bu nəticə ilə yunan-Roma güləşi yığmamız Azərbaycan güləş tarixində yeni bir tarix yazıb. Azərbaycan idman tarixində ilk dəfə olaraq yunan-Roma komandamız Dünya Kubokunun finalına vəsiqə qazanıb.
AZƏRBAYCAN - İran - 6:2
59 kq
Mohesn Hacıpur - Rövşən Bayramov 4:3
66 kq
Afşin Biabanqard - Həsən Əliyev 0:5
71 kq
Ramin Taheri - Rəsul Cunayev 4:4*
75 kq
Yusuf Əkbəri - Elvin Mürsəliyev 0:2
80 kq
Habibollah Axlaqi - Rafiq Hüseynov 4:5
85 kq
Kərim Fərd Mojtaba - İslam Abbasov 4:10
98 kq
Mehdi Əliyari - Orxan Nuriyev 1:0
130 kq
Behnam Mehdizadeh - Sabah Şəriəti 0:8
AZƏRBAYCAN-Almaniya 7:1
59 kq
Elman Muxtarov - Deniz Menekse 9:3
66 kq
Həsən Əliyev - Mattias Maasch 1:0
71 kq
Rüstəm Əliyev - Maksmilian Şvabe 8:0
75 kq
Elvin Mürsəliyev - Jan Rotter 5:1
80 kq
Rafiq Hüseynov - Paskal Eysele 3:0
85 kq
Şəhriyar Məmmədov - Jan Fischer 2:0
98 kq
Orxan Nuriyev - Feliks Radinqer 2:3
130 kq
Sabah Şəriəti - Eduard Popp 1:0
Azərbaycan - İsveç 7:1
59 kq - Elman Muxtarov - Joakim Fagerlund - 5:0
66 kq - Kamran Məmmədov - Frunze Harutunyan 6:2
71 kq - Rəsul Çunayev - Şarur Vardanyan 4:0 (tuşe)
75 kq - Elvin Mürsəliyev - Robert Rosengren 8:0
80 kq - Rafiq Hüseynov - Lenni Persson 8:0
85 kq - İslam Abbasov - Jim Pettersson 2:0
98 kq - Orxan Nuriyev - Teodoros Tounusidis 2:1
130 kq - Sabah Şəriəti - Johan Euren 0:2
Qeyd edək ki, finalda güləşçilərimiz digər qrupun birincisi olmuş Rusiya yığması ilə qarşılaşacaq. Final görüşü 20 fevral saat 18:00-da başlayacaq.