Bu gün "Park İnn" otelində AFFA-nın növbəti Hesabat Konfransı işə başlayıb. Sportnet.az-ın məlumatına görə, UEFA-nın İcraiyyə Komitəsinin üzvü Karen Espelundun da qatıldığı iclas saat 11:00-da start götürüb.
Əvvəlcə AFFA prezidenti qonaqları salamlayıb. Daha sonra say komissiyasının tərkibi müəyyənləşib. Konfransda 35 nümayəndədən 31-nin qatıldığı bildirilib.
AFFA-nın baş katibi Elxan Məmmədov O, ötən hesabat ili ərzində Azərbaycan milli komandasının uğursuz çıxış edərək, FİFA reytinqində geriləməsindən təəssüfləndiyini bildrib. Əvəzində o qeyd edib ki, 17 və 19 yaşadək futbolçulardan ibarət yığmamız Avropa çempionatının elit raunduna vəsiqə qazanıb.
Məmmədov "Mançester Yunayted"in yay futbol məktəbinin də fəaliyyətə başladığını bildirib: "Belə böyük futbol brendinin Azərbaycanda olması çox vacib haldır".
Baş katib 153 uşağın və 113 məşqçinin yeni yaradılan U-10 liqasına qatıldığını da bildirib.
AFFA rəsmisi "Qarabağ"ın "Neftçi"nin ardından Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandığını xatırladıb. O, Ağdam klubunun azarkeşlərin qəlbində qalib kimi qaldığını vurğulayıb.
2020-ci il Avropa çempionatının 4 oyununun Bakıda keçiriləcəyini söyləyən baş katib bildirib ki, həm yığmamız final mərhələsində oynamalı, həm də ölkəmizi yüksək səviyyədə təmsil etməlidir.
Daha sonra ötən il ərzində görülmüş işlərdən bəhs edən videolent göstərilib.
Ardından AFFA-nın maliyyə fəaliyyəti və auditin hesabatı təqdim olunub. Federasiyanın gəliri 22 790 150 manat, xərcləri 21 674 774 manat təşkil edib. Gəlirlərin 14 milyon manatı SOCAR-dan gəlib.
AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov çıxış edərək, komitəyə hər cür şəraiti yaratdığı üçün federasiya rəhbərliyinə minnətdarlıq edib. O, 3 ay ərzində gördükləri işlərdən danışıb. Sadıqov əsas istəklərinin 2020-ci il Avropa çempionatına layiqli milli komanda yaratmağa təkan verməyi əsas məqsədləri adlandırıb.
Daha sonra UEFA İcraiyyə Komitəsinin üzvü Karen Espelund çıxış edərək, AFFA-nı möhtəşəm Bakı Olimpiya Stadionunun inşası münasibətilə təbrik edib, qadın futboluna göstərilən diqqətdən məmnunluğunu bildirib. O, danışılmış oyunlarla mübarizənin UEFA-nın vacib vəzifələrindən biri olduğunu deyib. O danışılmış oyunların futbolun nüfuzuna mənfi təsir göstərdiyini vurğulayıb.
AFFA-nın prezidenti Rövnəq Abdullayev "2005 - 2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"nın hesabat formasında dövlətə təqdim olunduğunu bildirib. O, 2020-ci il Avropa çempionatına hazırlığı nəzərdə tutan yeni Dövlət Proqramı layihəsinin hazırlandığını və 3 ay ərzində hökumətə veriləcəyini açıqlayıb.
_________________________________________________________________________________________
AFFA-nın Nizamnaməsinə uyğun olaraq, Konfransın Gündəliyinə aşağıdakı məsələlər daxil olunub:

Çıxışlardan sonra İcraiyyə Komitəsinin vakant yerlərinə seçkilər keçirilib. Peşəkar Futbol Liqası Vaqif Sadıqovu, İctimai Futbol Təşklatları İctimai Birliyi isə təhsil nazirinin müavini Firudin Qurbanovun namizədliyi irəli sürülüb. Səsvermə nəticəsində V.Sadıqov və F. Qurbanov İcraiyyə Komitəsinin üzvü seçilib.
Baş katib Elxan Məmmədov Apellyasiya və Arbitraj Palatasının yaranması ilə bağlı səsvermənin keçirildiyini bildirib. Bütün üzvlərin iştirakı ilə keçirilən səsvermədə müsbət qərar qəbul edilib və palatanın yaradılması məsələsi öz təsdiqini tapıb.
Bununla da ilin yekunlarına dair hesabat konfransı başa çatıb və İcraiyyə Komitəsinin qapalı iclası keçirilib.
_________________________________________________________________________________________
AFFA-nın Nizamnaməsinə uyğun olaraq, Konfransın Gündəliyinə aşağıdakı məsələlər daxil olunub:
- Prezident tərəfindən salamlama
- Yığıncağın tərkibinin yoxlanılması
- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması
- Maliyyə hesabatının təsdiq olunması
- Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq
- Növbəti ilin büdcəsinin təsdiq olunması
- Hər hansı vakant vəzifəyə seçkilər
- AFFA üzvlərinin təkliflərinin qəbul olunması
- Digər məsələlər
Nizamnamənin 34-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq Peşəkar Futbol Liqası İcraiyyə Komitəsində 4 üzvlə təmsil olunmalıdır. İcraiyyə Komitəsinin üzvü Ələkbər Məmmədovun vəfatı ilə əlaqədar hazırda PFL İcraiyyə Komitəsində 3 üzvlə təmsil olunur. Bununla bağlı, Peşəkar Futbol Liqası tərəfindən hazırda Məşqçilər Komitəsinin sədri vəzifəsində çalışan Vaqif Sadıqovun İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülüb. Vaqif Sadıqovun İK-ya namizədliyi Peşəkar Futbol Liqasına "Sumqayıt” klubundan verilib.
Digər namizəd isə təhsil nazirinin müavini Firusin Qurbanovdur. İctimai Futbol Təşklatları İctimai Birliyi İcraiyyə Komitəsində 2 üzvlə təmsil olunmalıdır. İcraiyyə Komitəsinin üzvü Elmar Qasımov AFFA rəhbərliyinə ərizə ilə müraciət edərək işlərinin çoxluğu səbəbindən İcraiyyə Komitəsinin üzvlüyündən azad olunmasını xahiş edib. Bununla bağlı, İctimai Futbol Təşklatları İctimai Birliyi tərəfindən təhsil nazirinin müavini Firudin Qurbanovun İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülüb. Onun İK-ya namizədliyi İctimai Futbol Təşklatları İctimai Birliyinə Futbol Hakimləri Birliyindən verilib.
Konfransın ardından İcraiyyə Komitəsinin yeni üzvləri ilə birgə iclasının keçiriləcəyi gözlənilir.